“Düşünürəm ki, FIBA Çempionlar Liqasında keçirdiyimiz ilk iki oyun bizim üçün çətin alındı. Növbəti qarşılaşmada, doğma meydanda “Nanterre”yə qarşı daha yaxşı çıxış etməliyik. “Trabzonspor” layiqli qələbə qazandı. Oyunun ilk 7-8 dəqiqəsi bizim üçün olduqca uğursuz keçdi. Bundan sonra oyuna qayıtmaq və hesab fərqini azaltmaq xeyli çətinləşdi. İkinci və üçüncü periodların böyük hissəsində təşəbbüsü ələ almağa...
Sabah” FIBA Çempionlar Liqasının “A” qrupunda ikinci oyununu keçirib.
Azərbaycan çempionu Türkiyədə “Trabzonspor”a 83:100 hesabı ilə məğlub olub. “Sabah” ilk periodu 12:35 hesabı ilə geridə tamamlayıb. İkinci periodda üstünlük qazanan komandamız (30:20) fasiləyə qədər fərqi 13 xala endirib – 42:55. Lakin üçüncü periodda rəqib yenidən üstünlüyünü artırıb və son hissəyə 76:52 hesabı ilə öndə daxil olub. “Sabah” son periodda 31 xal toplasa da, oyun...
“Məğlubiyyətimizin əsas səbəbi müdafiədəki səhvlərimiz oldu”
Baş məşqçimiz Lazar Spasiçin FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “A” qrupunun 2-ci turunda “Trabzonspor”la oyundan sonra fikirləri: “İlk növbədə, “Trabzonspor”u qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk 7-8 dəqiqəsində rəqibin 16:9 hesablı üstünlüyünü 29:9-a çatdırdığı hissə bizim üçün həlledici oldu. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək xeyli çətinləşdi. Oyuna niyə bu cür başladığımızı...
“Sabah” mövsümə qələbə ilə başladı!
“Sabah” Basketbol Klubu Azərbaycan Basketbol Liqasının 2026/27 mövsümünə qələbə ilə start verib. Komandamız birinci turun açılış oyununda ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş “Sabah”ın 84:74 hesablı qələbəsi ilə başa çatıb. Qarşılıqlı mübarizə şəraitində keçən görüşdə komandamız xüsusilə həlledici dəqiqələrdə daha effektiv oyun nümayiş etdirərək üstünlüyü öz tərəfində saxlayıb və...
“Sabah” BK-nın baş məşqçisi Lazar Spasiçin “LANDAU Lions” ilə oyundan sonra müsahibəsi
“Sabah” BK-nın baş məşqçisi Lazar Spasiçin “LANDAU Lions” ilə oyundan sonra müsahibəsi: “Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən, komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi. Hakimliyə gəlincə onlar basketbolun inkişafinda...
Baş məşqçimiz Lazar Spasiç FIBA Çempionlar Liqasında rəqiblərimizi dəyərləndirdi
“Sabah” basketbol komandasının baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlama verib. Mütəxəssis FIBA Çempionlar Lİqasının əsas mərhələsində “A” qrupundakı rəqiblər haqqında danışıb: “Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və...
Lazar Spasiç “Sabah” BK-nın baş məşqçisi təyin olunub
“Sabah” basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb. 1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib. Mütəxəssis 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“İlk növbədə komandaya bugünkü qələbədə böyük əmək sərf etdiyinə görə təşəkkür edirəm. Biz ədalətli olaraq oyun ərzində dominant basketbol sərgilədik və məntiqi qələbə qazandıq. İntensiv oyun nümayiş etdirdik. Birgünlük istirahət komanda üzvlərinə faydalı oldu.Oyunçuların psixologiyasına yaxşı təsir etdi. Lakin hələ heçnə bitməyib. Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir təcrübədir. Bu gün...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Biz də isə heçnə alınmadı. Növbəti oyunun bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər oyuna...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bir gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir”.








