“Sabah” Basketbol Klubu Azərbaycan Basketbol Liqasının 2026/27 mövsümünə qələbə ilə start verib.

Komandamız birinci turun açılış oyununda ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş “Sabah”ın 84:74 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı mübarizə şəraitində keçən görüşdə komandamız xüsusilə həlledici dəqiqələrdə daha effektiv oyun nümayiş etdirərək üstünlüyü öz tərəfində saxlayıb və mövsümün ilk qələbəsini qazanıb.

“Sabah” həm hücumda balanslı oyun, həm də matçın son bölümündə daha etibarlı müdafiə hesabına rəqibi 10 xal fərqlə məğlub edib.

Azərbaycan Basketbol Liqası — I tur
Sabah BK 84:74 LANDAU Lions