“Sabah” Basketbol Klubu 2022-ci il sentyabrın 1-də Bakı şəhərində yaradılıb. Klubun əsas missiyası ölkəmizdə basketbol idman növünə olan marağın artırılması və ölkəmizin beynəlxalq arenalarda uğurla təmsil olunmasıdır. Yarandığı ildən Azərbaycan Basketbol Liqasında çıxış etməyə başlayan klub ilk mövsümündə çempion olaraq 18 illik fasilədən sonra ilk dəfə ölkəmizi “FIBA European Cup”ın təsnifat mərhələsində təmsil etmək hüququ qazanıb. Təsnifat mərhələsində bütün oyunlarda qalib gələn “Sabah” sözügedən yarışın müntəzəm mövsümündə iştirak etmək hüququ qazanıb.
2023/2024 mövsümündə də Azərbaycan Basketbol Liqasının qalibi olan “Sabah” BK Azərbaycan Basketbolu Tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edib. “Sabah” Basketbol Klubu ev oyunlarını Bakı İdman Sarayında keçirir.