“Sabah” Basketbol Klubu Azərbaycan Basketbol Liqasının 2026/27 mövsümünə qələbə ilə start verib. Komandamız birinci turun açılış oyununda ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş “Sabah”ın 84:74 hesablı qələbəsi ilə başa çatıb. Qarşılıqlı mübarizə şəraitində keçən görüşdə komandamız xüsusilə həlledici dəqiqələrdə daha effektiv oyun nümayiş etdirərək üstünlüyü öz tərəfində saxlayıb və...
“Sabah” BK-nın baş məşqçisi Lazar Spasiçin “LANDAU Lions” ilə oyundan sonra müsahibəsi
“Sabah” BK-nın baş məşqçisi Lazar Spasiçin “LANDAU Lions” ilə oyundan sonra müsahibəsi: “Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən, komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi. Hakimliyə gəlincə onlar basketbolun inkişafinda...
Baş məşqçimiz Lazar Spasiç FIBA Çempionlar Liqasında rəqiblərimizi dəyərləndirdi
“Sabah” basketbol komandasının baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlama verib. Mütəxəssis FIBA Çempionlar Lİqasının əsas mərhələsində “A” qrupundakı rəqiblər haqqında danışıb: “Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və...
Lazar Spasiç “Sabah” BK-nın baş məşqçisi təyin olunub
“Sabah” basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb. 1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib. Mütəxəssis 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son...


