SON
XƏBƏRLƏR

NBA təcrübəsi olan basketbolçu “Sabah”da!

NBA təcrübəsi olan basketbolçu “Sabah”da!

Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib! Hassani Qravett peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb. Son mövsümü Polşanın “Slask” klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib. Zəngin klub təcrübəsinə malik amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb. Welcome Hassani...

Andrey Voynaloviç “Sabah”da!

Andrey Voynaloviç “Sabah”da!

Andrey Voynaloviç “Sabah”da! Ölkəmizi FİBA Çempionlar Liqasnda təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib. Komandamız Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb. Son mövsümü Vrotslav təmsilçisi “Slask” klubunun heyətində Polşa liqasının bürünc medalını qazanan 24 yaşlı basketbolçu 22 oyun keçirib. Andrey 205 sm boya malikdir. Welcome Andrey Voynaloviç!

Klavs Cavars “Sabah”da!

Klavs Cavars “Sabah”da!

Sabah” Basketbol Klubu Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klavs Cavarsla 2 illik müqavilə imzalayıb. 2,08 boya malik 28 yaşlı basketbolçu son mövsümdə Yaponiyanın “Yokohama Excellence” klubunda 50 oyuna çıxıb. Welcome Klavs Cavars!

Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının üçüncü oyunundan sonra görüşlə bağlı fikirlərini bildirib.

Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının üçüncü oyunundan sonra görüşlə bağlı fikirlərini bildirib.

Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik. Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu. Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq.

Komandamızın baş məşqçisi Rimas Kurtinaytis final seriyasının ikinci oyununda “Xəzri” BK üzərində (94:63) qələbəmizi şərh edib.

Komandamızın baş məşqçisi Rimas Kurtinaytis final seriyasının ikinci oyununda “Xəzri” BK üzərində (94:63) qələbəmizi şərh edib.

Qələbə qazandığımıza görə şadam. Komandamızın oyununda sərtliyi bəyəndim. Heç kimi fərqləndirmək istəməzdim. Bu gün komanda olaraq yaxşı mübarizə apardıq. Növbəti oyunlarda da aqressiv olmalıyıq. Fikrimiz tam olaraq oyunda olmalıdır. Ötən oyundə 22 top itirdik. Amma bu dəfə ilk periodu ümumiyyətlə səhvsiz başa vurduq. Qələbənin açarı müdafiədədir. Bəzi anlarda rəqibə 24 saniyə ərzində ümumiyyətlə atış imkanı...

Baş məşqçimiz Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının ilk oyunundan sonra görüşlə bağlı fikirlərini bölüşüb

Baş məşqçimiz Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının ilk oyunundan sonra görüşlə bağlı fikirlərini bölüşüb

Əsas heyət üzvü olan 2 yerli basketbolçumuzun diskvalifikasiya səbəbindən komandamıza kömək edə bilməməsi oyunumuza mənfi təsir göstərdi. 3+2 limitində isə yerli basketbolçu amili oyunda böyük fərq yaradır. Onları əvəzləməli olan digər yerli basketbolçularımız isə 30 dəqiqə oynamağa hazır deyildi. Bundan əlavə basketbolçularımızın oyuna yanaşmasını da bəyənmədim. Enerji hiss olunmurdu. Lakin istənilən halda final seriyası 3...

Baş məşqçimiz Rimas Kurtinaytis “Xırdalan” BK üzərində (81:62) qələbəmizi şərh edib.

Baş məşqçimiz Rimas Kurtinaytis “Xırdalan” BK üzərində (81:62) qələbəmizi şərh edib.

İlk növbədə onu deyim ki, hesab oyuna görə deyil. İlk yarımfinal oyununda asan qələbə qazansaq da, bu dəfə çətin qarşılaşma alındı. Oyuna yaxşı, düşündüyümüz kimi başladıq. “Xırdalan” gedişatda bizi üstələməyi bacardı. Rəqib bizi yaxşı təhlil etmişdi. Lakin oyuna yenidən qayıtmağı bacardıq. Düşünürəm ki, biz fiziki cəhətdən daha güclü idik”

Baş məşqçimiz Rimas Kurtinaytis Xırdalan BK üzərində (101:85) qələbəmizi şərh edib

Baş məşqçimiz Rimas Kurtinaytis Xırdalan BK üzərində (101:85) qələbəmizi şərh edib

Oyuna yaxşı başladıq. Təmkinli oynayaraq görüşün gedişatına tam nəzarət etdik. Səhvlərimiz olsa da, basketbolçularımızın oyuna yaxşı köklənməsi, qələbə istəyi məni razı saldı. Lakin hələ heç nə bitməyib. İlk oyunda qazanılan qələbə bəzən aldadıcı ola bilər. Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı olmadı. Arxayınlaşmaq olmaz. “Xırdalan” seriyanı üçüncü oyuna aparmaq üçün əlindən gələni edəcək. Amma...

Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Sumqayıt” üzərində qələbəni şərh edib

Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Sumqayıt” üzərində qələbəni şərh edib

Bildiyiniz kimi dizimdə problem yarandığından bir müddət həkim nəzarətində olmalı idim. Lakin indi hər şey yaxşıdır. Bir neçə yaxşı məşq keçirdik. Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir. Bu gün komandanın oyununda sistem hiss olunurdu. Müdafiədə aqressiv, hücumda məhsuldar idik. Artıq zədəlilərimiz də qayıdıb. Düşünürəm ki, pley-offda yaxşı şanslarımız var.