Andrey Voynaloviç “Sabah”da!

Ölkəmizi FİBA Çempionlar Liqasnda təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib. Komandamız Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb.

Son mövsümü Vrotslav təmsilçisi “Slask” klubunun heyətində Polşa liqasının bürünc medalını qazanan 24 yaşlı basketbolçu 22 oyun keçirib. Andrey 205 sm boya malikdir.

Welcome Andrey Voynaloviç!