Bu gün zədə səbəbindən 2 ucaboy basketbolçumuz – DeAndre və Artyomsun xidmətindən istifadə edə bilmədik. İlk 2 periodda yaxşı çıxış etməsək də, layiqli qələbə qazandıq. Bu oyun bizim üçün “asan gəzinti” olmadı. Zədəli oyunçularımızın çoxluğu səbəbindən əsas heyət üzvlərinə istirahət verə bilmədim. Gərgin qrafika görə oyunçulara bir qədər dincəlmək imkanı verəcəm. “Maroussi” ilə oyuna qədər...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Spirou” ilə oyundan sonra fikirləri
Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik. Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri
Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım. Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik. “Spirou” ilə qarşıdakı avrokubok oyununa gəlincə, Belçika klubu yaxşı mübariz əzmi olan komandadır. Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında da işləri yaxşı gedir....
Baş məşqçimiz Rimas Kurtinaytisin “Norrköping Dolphins”lə oyundan sonra fikirləri
Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi sonluğu gətirə bilmədik. Oyunun sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” PİK üzərində inamlı qələbədən sonra fikirləri
Liqanın başlaması oyun ritmi baxımından avrokubok qarşılaşmalarına daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Bu gün heyətdə çoxlu rotasiyalar etdim. Yerli basketbolçulara daha çox şans verdim. Müsbət oyun elementləri ilə yanaşı səhvlərimiz də oldu. Lakin istədim bu gün oyunçulara avrokubok oyunu öncəsi bir qədər sərbəstlik verim. Ümumilikdə nəticədən və sərgilədiyimiz oyundan razı qaldım. DeAndreyə gəlincə özünü yaxşı...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Maroussi” ilə oyundan sonra fikirləri
Maroussi yüz illik tarixi, basketbol ənənələri olan komandadır. Daxili çempionatlarında da yaxşı çıxış edirlər. Son turda çempionlar liqasında iştirak edən “Kolossos”u məğlub ediblər. “Norrköping”lə 28, “Spirou” ilə oyunda 38 xal toplayan DeAndre dünən dizində ağrılar hiss etdiyi üçün bu dəfə heyətdə yox idi. Daha öncə Endər zədələnmişdi. Mövcud şəraitdə rotasiya ilə bağlı problemləri nəzərə alsaq,...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Spirou” ilə oyunla bağlı fikirləri
Qalib gələ bilərdik. Lakin son anda qələbəni əldən verdik. Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq.
Baş məşqçimiz Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında “Norrköping Dolphins” klubu ilə oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.
Rəqibin oturmuş heyəti var idi. Komanda onurğa sütununu qorumuşdu. Bizdə isə komanda demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Biraz zamana ehtiyacımız var. Buna baxmayaraq düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən...
“Miluoki”də çıxış edən basketbolçu “Sabah”da!
Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” Basketbol Klubu heyətini daha bir legionerlə gücləndirib. Amerikalı basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb. 2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən 188 boya malik Trevon “Duke Blue Devils”in heyətində NCCA 1-ci divizionunda çıxış edib. 26 yaşlı oyun qurucusu 2018/2019 mövsümündə “Miluoki”nin heyətində NBA-də debüt...
Transfer çalışmalarını davam etdirən “Sabah” Basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.
Amerikalı basketbolçu DeAndre Uilyams FIBA çempionlar liqasında mübarizə aparacaq komandamızın heyətinə cəlb olunub. 206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb. 27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib. DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.










