Çətin qarşılaşma olsa da, oyuna nəzarət bizdə idi. Razı və narazı qaldığım məqamlar oldu. Qələbə qazandığımıza görə şadam. Xal fərqi önəmli deyil. Top itkilərimizin çox olması məni narahat edir. 3 xallıq atışlar istədiyimiz kimi alınmasa da, səbət altında yaxşı idik. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq.
Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Şəki” ilə oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.
3 periodda yaxşı çıxış edib oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım. 4-cü periodda heyətdə dəyişikliklər etsəm də, 29 xal itirməli deyildik. Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər. Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu...
Baş məşqçi Boban Mitev “Nimburk”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib
Baş məşqçimiz Boban Mitev “Nimburk”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. “Nimburk” çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv...
Baş məşqçi Boban Mitev “Bahçeşehir” ilə oyundan sonra görüşlə bağlı fikirlərini bildirib
Baş məşqçimiz Boban Mitev “Bahçeşehir” ilə oyundan sonra görüşlə bağlı fikirlərini bildirib: “Nəticəyə görə azarkeşlərdən üzr istəyirik. İlk hissədə hücumda səhvlərimiz oldu. “Bahçeşehir” kimi rəqibə qarşı oyunda bu cür səhvlər qəbuledilməzdir. 4-cü periodda aradakı xal fərqini azalda bildik. Düşünürəm ki, hesab oyuna görə olmadı”.
18 illik fasilədən sonra Azərbaycan basketbol klubu doğma arenada avrokubok oyununa çıxacaq
18 illik fasilədən sonra Azərbaycan basketbol klubu doğma arenada, azarkeşləri önündə avrokubok oyununa çıxacaq! Rəqib Türkiyə Superliqasında mübarizə aparan, 2 il əvvəl FIBA Avropa Kubokunu qazanan “Bahçeşehir” klubudur! Oktyabrın 25-i saat 19:00-da “Sərhədçi”də görüşürük! Oyuna giriş sərbəstdir!
“Sabah” Basketbol Klubu heyətini daha bir oyunçu ilə gücləndirib!
“Sabah” Basketbol Klubu heyətini daha bir oyunçu ilə gücləndirib! Birinci mövqedə çıxış edən 28 yaşlı amerikalı basketbolçu Kollin Törner oyun qrafikinin sıxlığı nəzərə alınaraq komandamızın sıralarına cəlb olunub. 23 nömrə altında çıxış edəcək müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ötən mövsüm Azərbaycan Basketbol Liqasında çıxış edən Törner daha öncə Gürcüstanda legioner həyatı yaşayıb.
Baş məşqçi Boban Mitev “Mornar”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib
Baş məşqçimiz Boban Mitev “Mornar”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib: “İlk olaraq rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadılar, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər. Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa...
Rapid – Sabah mübarizəsi başa çatıb
BİTDİ! Rapid 71:90 Sabah 18 illik fasilədən sonra Azərbaycan klubunun təmsil olunduğu FIBA Avropa Kubokunda “Sabah” 3 qələbə qazanaraq təsnifat mərhələsinin “A” qrupunu lider olaraq tamamlayaraq müntəzəm mövsümdə iştirak hüququna yiyələnib. “Sabah” BK FIBA Avropa Kubokunun bu mərhələsində “D” qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri “Mornar” (Monteneqro), “Baxçaşehir” (Türkiyə) və Nimburk (Çex Respublikası) klubları olacaq. “D”...










