SON
XƏBƏRLƏR

Baş məşqçimiz Lazar Spasiç FIBA Çempionlar Liqasında rəqiblərimizi dəyərləndirdi

“Sabah” basketbol komandasının baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlama verib. Mütəxəssis FIBA Çempionlar Lİqasının əsas mərhələsində “A” qrupundakı rəqiblər haqqında danışıb: “Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və...