Liqanın başlaması oyun ritmi baxımından avrokubok qarşılaşmalarına daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Bu gün heyətdə çoxlu rotasiyalar etdim. Yerli basketbolçulara daha çox şans verdim. Müsbət oyun elementləri ilə yanaşı səhvlərimiz də oldu. Lakin istədim bu gün oyunçulara avrokubok oyunu öncəsi bir qədər sərbəstlik verim. Ümumilikdə nəticədən və sərgilədiyimiz oyundan razı qaldım. DeAndreyə gəlincə özünü yaxşı...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Maroussi” ilə oyundan sonra fikirləri
Maroussi yüz illik tarixi, basketbol ənənələri olan komandadır. Daxili çempionatlarında da yaxşı çıxış edirlər. Son turda çempionlar liqasında iştirak edən “Kolossos”u məğlub ediblər. “Norrköping”lə 28, “Spirou” ilə oyunda 38 xal toplayan DeAndre dünən dizində ağrılar hiss etdiyi üçün bu dəfə heyətdə yox idi. Daha öncə Endər zədələnmişdi. Mövcud şəraitdə rotasiya ilə bağlı problemləri nəzərə alsaq,...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Spirou” ilə oyunla bağlı fikirləri
Qalib gələ bilərdik. Lakin son anda qələbəni əldən verdik. Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq.
Baş məşqçimiz Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında “Norrköping Dolphins” klubu ilə oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.
Rəqibin oturmuş heyəti var idi. Komanda onurğa sütununu qorumuşdu. Bizdə isə komanda demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Biraz zamana ehtiyacımız var. Buna baxmayaraq düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən...
“Miluoki”də çıxış edən basketbolçu “Sabah”da!
Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” Basketbol Klubu heyətini daha bir legionerlə gücləndirib. Amerikalı basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb. 2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən 188 boya malik Trevon “Duke Blue Devils”in heyətində NCCA 1-ci divizionunda çıxış edib. 26 yaşlı oyun qurucusu 2018/2019 mövsümündə “Miluoki”nin heyətində NBA-də debüt...
Transfer çalışmalarını davam etdirən “Sabah” Basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.
Amerikalı basketbolçu DeAndre Uilyams FIBA çempionlar liqasında mübarizə aparacaq komandamızın heyətinə cəlb olunub. 206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb. 27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib. DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.
NBA təcrübəsi olan basketbolçu “Sabah”da!
Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib! Hassani Qravett peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb. Son mövsümü Polşanın “Slask” klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib. Zəngin klub təcrübəsinə malik amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb. Welcome Hassani...
Andrey Voynaloviç “Sabah”da!
Andrey Voynaloviç “Sabah”da! Ölkəmizi FİBA Çempionlar Liqasnda təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib. Komandamız Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb. Son mövsümü Vrotslav təmsilçisi “Slask” klubunun heyətində Polşa liqasının bürünc medalını qazanan 24 yaşlı basketbolçu 22 oyun keçirib. Andrey 205 sm boya malikdir. Welcome Andrey Voynaloviç!
Klavs Cavars “Sabah”da!
Sabah” Basketbol Klubu Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klavs Cavarsla 2 illik müqavilə imzalayıb. 2,08 boya malik 28 yaşlı basketbolçu son mövsümdə Yaponiyanın “Yokohama Excellence” klubunda 50 oyuna çıxıb. Welcome Klavs Cavars!
Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının üçüncü oyunundan sonra görüşlə bağlı fikirlərini bildirib.
Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik. Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu. Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq.