Rəqibin oturmuş heyəti var idi. Komanda onurğa sütununu qorumuşdu. Bizdə isə komanda demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Biraz zamana ehtiyacımız var. Buna baxmayaraq düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən...
“Miluoki”də çıxış edən basketbolçu “Sabah”da!
Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” Basketbol Klubu heyətini daha bir legionerlə gücləndirib. Amerikalı basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb. 2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən 188 boya malik Trevon “Duke Blue Devils”in heyətində NCCA 1-ci divizionunda çıxış edib. 26 yaşlı oyun qurucusu 2018/2019 mövsümündə “Miluoki”nin heyətində NBA-də debüt...
Transfer çalışmalarını davam etdirən “Sabah” Basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.
Amerikalı basketbolçu DeAndre Uilyams FIBA çempionlar liqasında mübarizə aparacaq komandamızın heyətinə cəlb olunub. 206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb. 27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib. DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.
NBA təcrübəsi olan basketbolçu “Sabah”da!
Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib! Hassani Qravett peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb. Son mövsümü Polşanın “Slask” klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib. Zəngin klub təcrübəsinə malik amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb. Welcome Hassani...
Andrey Voynaloviç “Sabah”da!
Andrey Voynaloviç “Sabah”da! Ölkəmizi FİBA Çempionlar Liqasnda təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib. Komandamız Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb. Son mövsümü Vrotslav təmsilçisi “Slask” klubunun heyətində Polşa liqasının bürünc medalını qazanan 24 yaşlı basketbolçu 22 oyun keçirib. Andrey 205 sm boya malikdir. Welcome Andrey Voynaloviç!
Klavs Cavars “Sabah”da!
Sabah” Basketbol Klubu Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klavs Cavarsla 2 illik müqavilə imzalayıb. 2,08 boya malik 28 yaşlı basketbolçu son mövsümdə Yaponiyanın “Yokohama Excellence” klubunda 50 oyuna çıxıb. Welcome Klavs Cavars!
Komandamızın baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının üçüncü oyunundan sonra görüşlə bağlı fikirlərini bildirib.
Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik. Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu. Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq.
Komandamızın baş məşqçisi Rimas Kurtinaytis final seriyasının ikinci oyununda “Xəzri” BK üzərində (94:63) qələbəmizi şərh edib.
Qələbə qazandığımıza görə şadam. Komandamızın oyununda sərtliyi bəyəndim. Heç kimi fərqləndirmək istəməzdim. Bu gün komanda olaraq yaxşı mübarizə apardıq. Növbəti oyunlarda da aqressiv olmalıyıq. Fikrimiz tam olaraq oyunda olmalıdır. Ötən oyundə 22 top itirdik. Amma bu dəfə ilk periodu ümumiyyətlə səhvsiz başa vurduq. Qələbənin açarı müdafiədədir. Bəzi anlarda rəqibə 24 saniyə ərzində ümumiyyətlə atış imkanı...
Baş məşqçimiz Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının ilk oyunundan sonra görüşlə bağlı fikirlərini bölüşüb
Əsas heyət üzvü olan 2 yerli basketbolçumuzun diskvalifikasiya səbəbindən komandamıza kömək edə bilməməsi oyunumuza mənfi təsir göstərdi. 3+2 limitində isə yerli basketbolçu amili oyunda böyük fərq yaradır. Onları əvəzləməli olan digər yerli basketbolçularımız isə 30 dəqiqə oynamağa hazır deyildi. Bundan əlavə basketbolçularımızın oyuna yanaşmasını da bəyənmədim. Enerji hiss olunmurdu. Lakin istənilən halda final seriyası 3...
Baş məşqçimiz Rimas Kurtinaytis “Xırdalan” BK üzərində (81:62) qələbəmizi şərh edib.
İlk növbədə onu deyim ki, hesab oyuna görə deyil. İlk yarımfinal oyununda asan qələbə qazansaq da, bu dəfə çətin qarşılaşma alındı. Oyuna yaxşı, düşündüyümüz kimi başladıq. “Xırdalan” gedişatda bizi üstələməyi bacardı. Rəqib bizi yaxşı təhlil etmişdi. Lakin oyuna yenidən qayıtmağı bacardıq. Düşünürəm ki, biz fiziki cəhətdən daha güclü idik”










