SON
XƏBƏRLƏR

18 illik fasilədən sonra Azərbaycan basketbol klubu doğma arenada avrokubok oyununa çıxacaq

394656420_298594219689045_569451138060471574_n

18 illik fasilədən sonra Azərbaycan basketbol klubu doğma arenada, azarkeşləri önündə avrokubok oyununa çıxacaq! Rəqib Türkiyə Superliqasında mübarizə aparan, 2 il əvvəl FIBA Avropa Kubokunu qazanan “Bahçeşehir” klubudur! Oktyabrın 25-i saat 19:00-da “Sərhədçi”də görüşürük! Oyuna giriş sərbəstdir!

“Sabah” Basketbol Klubu heyətini daha bir oyunçu ilə gücləndirib!

“Sabah” Basketbol Klubu heyətini daha bir oyunçu ilə gücləndirib!

“Sabah” Basketbol Klubu heyətini daha bir oyunçu ilə gücləndirib! Birinci mövqedə çıxış edən 28 yaşlı amerikalı basketbolçu Kollin Törner oyun qrafikinin sıxlığı nəzərə alınaraq komandamızın sıralarına cəlb olunub. 23 nömrə altında çıxış edəcək müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ötən mövsüm Azərbaycan Basketbol Liqasında çıxış edən Törner daha öncə Gürcüstanda legioner həyatı yaşayıb.

Baş məşqçi Boban Mitev “Mornar”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib

393875301_296030126612121_7175245986734189177_n

Baş məşqçimiz Boban Mitev “Mornar”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib: “İlk olaraq rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadılar, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər. Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa...

Rapid – Sabah mübarizəsi başa çatıb

386604273_288199180728549_4832113868664008985_n
386787339_288199170728550_6258367975129514237_n
386778214_288199174061883_7769909050235529097_n

BİTDİ! Rapid 71:90 Sabah 18 illik fasilədən sonra Azərbaycan klubunun təmsil olunduğu FIBA Avropa Kubokunda “Sabah” 3 qələbə qazanaraq təsnifat mərhələsinin “A” qrupunu lider olaraq tamamlayaraq müntəzəm mövsümdə iştirak hüququna yiyələnib. “Sabah” BK FIBA Avropa Kubokunun bu mərhələsində “D” qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri “Mornar” (Monteneqro), “Baxçaşehir” (Türkiyə) və Nimburk (Çex Respublikası) klubları olacaq. “D”...