Azərbaycan çempionu Türkiyədə “Trabzonspor”a 83:100 hesabı ilə məğlub olub.

“Sabah” ilk periodu 12:35 hesabı ilə geridə tamamlayıb. İkinci periodda üstünlük qazanan komandamız (30:20) fasiləyə qədər fərqi 13 xala endirib – 42:55. Lakin üçüncü periodda rəqib yenidən üstünlüyünü artırıb və son hissəyə 76:52 hesabı ilə öndə daxil olub. “Sabah” son periodda 31 xal toplasa da, oyun “Trabzonspor”un qələbəsi ilə başa çatıb.

Periodlar üzrə nəticələr:
35:12, 20:30, 21:10, 24:31.

“Sabah”ın ən məhsuldar basketbolçusu Nik Perkins olub. O, 25 xal toplayıb və 8 ribaund edib.

Komandamız növbəti görüşdə Fransanın “Nanterre 92” klubu ilə qarşılaşacaq. Oktyabrın 27-i keçiriləcək qarşılaşma Milli Gimnastika Arenasında baş tutacaq. Oyun saat 20:00 başlayacaq