“Görüşün nəticəsi turnir cədvəlinə təsir etməsə də, oyunçularımızdan maksimum köklənmə tələb etdim. Düzdür basketboldan zövq də almalısan, amma əsas oyun intizamıdır. Əsas məqsədimiz pley-off öncəsi oyunçularımızı zədədən qorumaq idi. Qələbə qazansaq da, müdafiə və ribaundda bəzi nöqsanları aradan qaldırmalıyıq”.