“Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bir gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir”.