“Mən yalnız qələbə qazanmaq yox, bunu səviyyəmizi göstərərək gözəl oyunla əldə etmək istəyirəm. Bizim nə və necə oynadığımız görünməlidir. Hansı kombinasiyaları qururuq, necə müdafiə olunuruq? 2 və 3-cü periodda müdafiədəki oyunumuzu çox bəyəndim. Bəzi epizodlar oldu ki, daha yaxşı çıxış edə bilərdik. Amma digər tərəfdən 40 dəqiqə yaxşı oynamaq da çətindir. Elə səhvlər var ki, bizim səviyyəmizdə komanda onu edə bilməz. Qələbə qazandığımıza və oyunu zədəsiz bitirdiymizə görə şadam”.