“Son 4 qarşılaşmada aparıcı basketbolçularımızın zədələnməsi oyun planında bizə müəyyən problemlər yaratsa da, Hassani kimi görüşün gedişatını dəyişə biləcək oyunçunun yenidən heyətə qayıtması məni sevindirməyə bilməz. Qarşılaşmanın son dəqiqələrindən razı qalmadım. Oyuna ehtiyatdan daxil olan yerli basketbolçular daha çox oyun dəqiqələri qazanmaq istəyirlərsə, daha yaxşı çıxış etməlidirlər.
Ümumi götürsək yaxşı çıxış etdik. Fərdi olaraq Endərin əvvəlki formasına qayıtması üçün zamana ehtiyacı var. Andrii son bir ayda hər oyunda 35 dəqiqə mübarizə aparıb. Hiss edirəm ki, bir qədər yorulub. Yeni il öncəsi son oyunumuz qalıb. Bütün oyunları qələbə ilə başa vurmaq istəyirik”.