Bildiyiniz kimi dizimdə problem yarandığından bir müddət həkim nəzarətində olmalı idim. Lakin indi hər şey yaxşıdır. Bir neçə yaxşı məşq keçirdik. Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir. Bu gün komandanın oyununda sistem hiss olunurdu. Müdafiədə aqressiv, hücumda məhsuldar idik. Artıq zədəlilərimiz də qayıdıb. Düşünürəm ki, pley-offda yaxşı şanslarımız var.