“Artıq 3 oyundur ki, 7 basketbolçu ilə mübarizə aparırıq. Zədəli oyunçularımız var. Oyunun sonlarında adi epizodlarda səhvlərə yol verdik. Bəzi epizodlarda daha ağıllı oynayıb sürətli düşünməli idik. Oyunun sonlarında yorğunluq hiss olunurdu. “Neftçi”ni təbrik edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” üzərində (64:67) qələbədən sonra fikirləri:
Oyunun əvvəlində yaxşı çıxış etmədik. Bunun da səbəbi qısa müddət ərzində ardıcıl ikinci oyuna çıxmağımız idi. Bərpa üçün vaxtımız az oldu. Buna baxmayaraq fasilədən sonra sürəti artıraraq aqressiv oynadıq və bunun sayəsində 19 xallıq fərqi aradan qaldırmağı bacardıq. Çətin, amma vacib qələbə oldu. Bütün oyunçularıma xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Basketbolçularımızın döyüşçü keyfiyyətləri sayəsində...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Naxçıvan” BK üzərində qələbədən (74:75) sonra fikirləri:
“Heyətlə bağlı problemlərimiz var idi. Cəmi 8 basketbolçu ilə oynasaq da, yerli oyunçularımız rəqibin legionerləri ilə bərabər səviyyədə mübarizə apardı. Bugünkü qələbədə yerli basketbolçuların əməyi böyük idi. Rotasiyaya görə sürətli hücumlar təşkil etməkdə çətinlik çəkirdik. Bu səbəbdən fərqli oyun üslubunda çıxış etdik. Daha çox akademik, klassik basketbola üstünlük verdik. Başqa sözlə rəqibin hücumlarını nəzarətdə saxlamağa...
Baş məşqçimiz Rimas Kurtinaytisin NTD üzərində (110:86) qələbədən sonra fikirləri:
“Oyunçularımın basketboldan həzz alaraq mübarizə aparması məni sevindirdi. Bu çox vacibdir. Lakin düşünürəm ki, oyunumuzda bəzi məqamları düzəltməliyik. Heyətimizdə bəzi zədəli basketbolçular olsa da, şans qazanan oyunçularımız layiqli mübarizə apardılar. Bu gün avrokubok ritmində oynadıq. Liqanın inkişafı üçün sürətli oyunların sayı çox olmalıdır. Bu gün tempi aşağı salmadan mübarizə aparmağımızı bəyəndim”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Norrköping Dolphins”lə oyundan sonra fikirləri
Qalib gəldiyimiz üçün şadam. Biz bu qələbəyə layiq idik! Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 oyunda təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu oyunda...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Maroussi” ilə cavab oyunundan sonra fikirləri
Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir. Üstəlik oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu əsas problemdir. Səhvlərimiz də oldu. FIBA-nın mövcud reqlamentində yerli oyunçu...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Abşeron” BK ilə oyundan sonra fikirləri
Bu gün zədə səbəbindən 2 ucaboy basketbolçumuz – DeAndre və Artyomsun xidmətindən istifadə edə bilmədik. İlk 2 periodda yaxşı çıxış etməsək də, layiqli qələbə qazandıq. Bu oyun bizim üçün “asan gəzinti” olmadı. Zədəli oyunçularımızın çoxluğu səbəbindən əsas heyət üzvlərinə istirahət verə bilmədim. Gərgin qrafika görə oyunçulara bir qədər dincəlmək imkanı verəcəm. “Maroussi” ilə oyuna qədər...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Spirou” ilə oyundan sonra fikirləri
Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik. Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri
Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım. Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik. “Spirou” ilə qarşıdakı avrokubok oyununa gəlincə, Belçika klubu yaxşı mübariz əzmi olan komandadır. Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında da işləri yaxşı gedir....
Baş məşqçimiz Rimas Kurtinaytisin “Norrköping Dolphins”lə oyundan sonra fikirləri
Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi sonluğu gətirə bilmədik. Oyunun sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da...