“Qələbə qazansaq da, psixoloji baxımdan asan oyun deyildi. Bu gün tam olaraq gücümüzü göstərə bilmədik.Amma əsas odur ki, qələbə qazandıq. Bir qədər səhvlərə yol verdik. Bəzi epizodlarda daha yaxşı çıxış edə bilərdik. Rəqib oyuna yaxşı hazırlaşmışdı. Şəkidəki oyuna hazırlaşacağıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” ilə oyundan sonra fikirləri:
“Qələbə qazandığımıza görə şadam. İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Naxçıvan” BK ilə oyundan sonra fikirləri:
“Görüşün nəticəsi turnir cədvəlinə təsir etməsə də, oyunçularımızdan maksimum köklənmə tələb etdim. Düzdür basketboldan zövq də almalısan, amma əsas oyun intizamıdır. Əsas məqsədimiz pley-off öncəsi oyunçularımızı zədədən qorumaq idi. Qələbə qazansaq da, müdafiə və ribaundda bəzi nöqsanları aradan qaldırmalıyıq”.
Rimas Kurtinaytisin NTD ilə oyundan sonra fikirləri:
“Qələbəyə və müntəzəm mövsümü lider olaraq başa vurduğumuza görə şadam. Amma məşqçi olaraq məni nəticədən əlavə həm də komandanın oyun keyfiyyəti maraqlandırır. Görüşün sonunda hesab arasındakı fərqdə 30, 20 və ya 2 xal öndə olsaq da, maksimum oynamalıyıq. Yaxşı temp yaxalamışıq. Amma yenə bir müddət fasilə olacaq. Fikir vermisizsə biz 3 məğlubiyyətimizi məhz fasilədən sonra...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Abşeron” BK ilə oyundan sonra fikirləri:
“Mən yalnız qələbə qazanmaq yox, bunu səviyyəmizi göstərərək gözəl oyunla əldə etmək istəyirəm. Bizim nə və necə oynadığımız görünməlidir. Hansı kombinasiyaları qururuq, necə müdafiə olunuruq? 2 və 3-cü periodda müdafiədəki oyunumuzu çox bəyəndim. Bəzi epizodlar oldu ki, daha yaxşı çıxış edə bilərdik. Amma digər tərəfdən 40 dəqiqə yaxşı oynamaq da çətindir. Elə səhvlər var ki,...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər. Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK üzərində qələbədən sonra fikirləri:
“Hazırda bizim üçün əsas məsələ Endərin durumudur. Çox ağır zədə aldı. Qarşıda bizi kubok oyunlarının gözlədiyini nəzərə alsaq, çox ciddi itkidir. Ona şəfa diləyirəm. Qarşılaşmaya gəlincə oyuna nəzarət bizdə idi. Düşünürəm ki, layiqli qələbə qazandıq. Müdafiədə oyunumuzu xüsusilə bəyəndim. Təmkinli çıxış etdik. Gözəl oyun alındı. Bir sözlə komandanın çıxışından razı qaldım”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” ilə oyundan sonra fikirləri:
“Qələbəyə baxmayaraq 2 həftəlik fasilə oyun keyfiyyətimizə təsir etdi. 2 həftəlik fasiləyə qədər oyun ritmimiz daha yaxşı idi. Tempimiz daha yüksək idi. Oyun gərgin alındı. Basketbolçularımıza sona qədər nümayiş etdirdikləri mübarizə əzminə görə təşəkkür edirəm. Bizim komandanın əsas üstünlüyü də sona qədər mübarizə aparmağımızdır”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Naxçıvan” BK ilə oyundan sonra fikirləri:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Oyunda üstün tərəf onlar idi. Buna baxmayaraq sonda şanslarımız var idi. Fasilədən sonra ilk oyunumuzda çox səhvlər etdik. Səbət altında mübarizəni uduzduq. Amma mövsüm davam edir. Səhvlərimizdən nəticə çıxaracağıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Abşeron” BK ilə oyundan sonra fikirləri:
“Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Yaxşı məşqlərimiz oldu. Lakin hazırlıq zamanı düşündüklərimizi oyuna daşıya bilmədik. Müdafiədə pis çıxış etməsək də, hücumda zəif təsir bağışladıq. Topladığımız xalların 75 faizi Hassani və Klavsın payına düşür. Oyunu analiz edəcəyik. Üzücü məğlubiyyət oldu. Amma nə etmək olar? Bu idmandır”.










