“Mən yalnız qələbə qazanmaq yox, bunu səviyyəmizi göstərərək gözəl oyunla əldə etmək istəyirəm. Bizim nə və necə oynadığımız görünməlidir. Hansı kombinasiyaları qururuq, necə müdafiə olunuruq? 2 və 3-cü periodda müdafiədəki oyunumuzu çox bəyəndim. Bəzi epizodlar oldu ki, daha yaxşı çıxış edə bilərdik. Amma digər tərəfdən 40 dəqiqə yaxşı oynamaq da çətindir. Elə səhvlər var ki,...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər. Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK üzərində qələbədən sonra fikirləri:
“Hazırda bizim üçün əsas məsələ Endərin durumudur. Çox ağır zədə aldı. Qarşıda bizi kubok oyunlarının gözlədiyini nəzərə alsaq, çox ciddi itkidir. Ona şəfa diləyirəm. Qarşılaşmaya gəlincə oyuna nəzarət bizdə idi. Düşünürəm ki, layiqli qələbə qazandıq. Müdafiədə oyunumuzu xüsusilə bəyəndim. Təmkinli çıxış etdik. Gözəl oyun alındı. Bir sözlə komandanın çıxışından razı qaldım”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” ilə oyundan sonra fikirləri:
“Qələbəyə baxmayaraq 2 həftəlik fasilə oyun keyfiyyətimizə təsir etdi. 2 həftəlik fasiləyə qədər oyun ritmimiz daha yaxşı idi. Tempimiz daha yüksək idi. Oyun gərgin alındı. Basketbolçularımıza sona qədər nümayiş etdirdikləri mübarizə əzminə görə təşəkkür edirəm. Bizim komandanın əsas üstünlüyü də sona qədər mübarizə aparmağımızdır”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Naxçıvan” BK ilə oyundan sonra fikirləri:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Oyunda üstün tərəf onlar idi. Buna baxmayaraq sonda şanslarımız var idi. Fasilədən sonra ilk oyunumuzda çox səhvlər etdik. Səbət altında mübarizəni uduzduq. Amma mövsüm davam edir. Səhvlərimizdən nəticə çıxaracağıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Abşeron” BK ilə oyundan sonra fikirləri:
“Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Yaxşı məşqlərimiz oldu. Lakin hazırlıq zamanı düşündüklərimizi oyuna daşıya bilmədik. Müdafiədə pis çıxış etməsək də, hücumda zəif təsir bağışladıq. Topladığımız xalların 75 faizi Hassani və Klavsın payına düşür. Oyunu analiz edəcəyik. Üzücü məğlubiyyət oldu. Amma nə etmək olar? Bu idmandır”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” BK ilə oyundan sonra fikirləri:
“Hakimlik haqqında danışmaq istəmirəm. Bu, mənim səviyyəm deyil. Amma bəzi məqamları da qeyd etmək lazımdır. Oyun ərzində rəqib 38, biz isə 20 sərbəst atış yerinə yetirdik. Bizim yerinə yetirdiyimiz sərbəst atışlar oyunun sonlarında qeydə alındı. Buna da səbəb rəqibin son 5 dəqiqədə aşırı aqressiv oyunu idi. Düşünürəm ki, liqanın səviyyəsinin artması klublarla yanaşı, həm də...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Naxçıvan” BK ilə oyundan sonra fikirləri:
“Rəqib layiqli qələbə qazandı. Adətən oyuna biz nəzarət etsək də, bu dəfə gedişata diqtə edən tərəf onlar idi. Görüşün əvvəli bərabər səviyyəli keçsə də, daha sonra rəqib önə keçərkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlərə yol verdik. Bu isə hesabda əksini tapdı. Təbii ki, bütün...
Baş məşqçimiz Rimas Kurtinaytisin NTD ilə oyundan sonra fikirləri:
“Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam. Komandada inkişaf hiss olunur. Oyunlar oldu ki, 4-5 zədəli basketbolçusuz mübarizə apardıq. Amma buna baxmayaraq “Neftçi” ilə oyunu çıxmaq şərtilə digər qarşılaşmaları qalib başa vurmağı bacardıq. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə ilə təbrik edirəm! Qələbə seriyamızı yeni ildə də davam etdirəcəyimizə inanıram”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Abşeron” BK ilə oyundan sonra fikirləri:
“Son 4 qarşılaşmada aparıcı basketbolçularımızın zədələnməsi oyun planında bizə müəyyən problemlər yaratsa da, Hassani kimi görüşün gedişatını dəyişə biləcək oyunçunun yenidən heyətə qayıtması məni sevindirməyə bilməz. Qarşılaşmanın son dəqiqələrindən razı qalmadım. Oyuna ehtiyatdan daxil olan yerli basketbolçular daha çox oyun dəqiqələri qazanmaq istəyirlərsə, daha yaxşı çıxış etməlidirlər. Ümumi götürsək yaxşı çıxış etdik. Fərdi olaraq Endərin...