“Hazırda bizim üçün əsas məsələ Endərin durumudur. Çox ağır zədə aldı. Qarşıda bizi kubok oyunlarının gözlədiyini nəzərə alsaq, çox ciddi itkidir. Ona şəfa diləyirəm. Qarşılaşmaya gəlincə oyuna nəzarət bizdə idi. Düşünürəm ki, layiqli qələbə qazandıq. Müdafiədə oyunumuzu xüsusilə bəyəndim. Təmkinli çıxış etdik. Gözəl oyun alındı. Bir sözlə komandanın çıxışından razı qaldım”.