“Oyunçularımın basketboldan həzz alaraq mübarizə aparması məni sevindirdi. Bu çox vacibdir. Lakin düşünürəm ki, oyunumuzda bəzi məqamları düzəltməliyik. Heyətimizdə bəzi zədəli basketbolçular olsa da, şans qazanan oyunçularımız layiqli mübarizə apardılar. Bu gün avrokubok ritmində oynadıq. Liqanın inkişafı üçün sürətli oyunların sayı çox olmalıdır. Bu gün tempi aşağı salmadan mübarizə aparmağımızı bəyəndim”.