Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik. Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu. Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq.