Baş məşqçimiz Boban Mitev “Nimburk”la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. “Nimburk” çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı”.