“İlk növbədə komandaya bugünkü qələbədə böyük əmək sərf etdiyinə görə təşəkkür edirəm. Biz ədalətli olaraq oyun ərzində dominant basketbol sərgilədik və məntiqi qələbə qazandıq. İntensiv oyun nümayiş etdirdik. Birgünlük istirahət komanda üzvlərinə faydalı oldu.Oyunçuların psixologiyasına yaxşı təsir etdi. Lakin hələ heçnə bitməyib. Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir təcrübədir. Bu gün...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Biz də isə heçnə alınmadı. Növbəti oyunun bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər oyuna...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bir gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə final seriyasında ikinci oyundan sonra fikirləri:
“Rəqib ilk oyunda olduğu kimi bu dəfə də tam qüvvəsi ilə mübarizə apardı. Düşünürəm ki, qələbəmizdə əsas rolu fiziki hazırlıq oynadı. Qələbəyə görə sevinsək də, bu oyun artıq keçmişdə qaldı. Növbəti oyunu düşünməliyik. Ribaundlarda səhvlərimiz oldu. Ümumi götürsək səhvlər də oyunun bir hissəsidir. Buna baxmayaraq oyunçularımızın xarakter nümayiş etdirdiklərinə görə həm sevinirəm, həm də onlara...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Neftçi” İK ilə oyundan sonra fikirləri:
“Oyunun əvvəlində Şəki səfərinin yorğunluğu hiss olunurdu. Bundan əlavə rəqibin də məşqçi və oyunçu heyəti görüşə çox yaxşı hazırlaşmışdı. Üstəlik rəqibin heyətində hündür oyunçuların çoxluğu bizə müəyyən problemlər yaratdı. Bu səbəbdən uzun oyunçumuz Klavs Çavars 35 dəqiqəyə yaxın parketdə oldu. Bunun baxmayaraq onun fiziki göstəriciləri bu müddət ərzində əla səviyyədə oyun sərgiləməyə kifayət etdi. Sonda...
Baş məşqçimiz Rimas Kurtinaytisin “Şəki” ilə oyundan sonra fikirləri:
“Qələbəyə görə şadam. Əla oynadıq. Sonuncu periodda artıq hər şey məlum idi. Səfərdə oynamığımıza baxmayaraq təmkinli çıxış etdik. Nəticə və sərgilənən oyun bizi qane edir. Finalda rəqibimizi gözləyirik. Rəqib komandanı da yarımfinalda yaxşı mübarizəyə görə təbrik edirəm”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Şəki” BK ilə oyundan sonra fikirləri:
“Qələbə qazansaq da, psixoloji baxımdan asan oyun deyildi. Bu gün tam olaraq gücümüzü göstərə bilmədik.Amma əsas odur ki, qələbə qazandıq. Bir qədər səhvlərə yol verdik. Bəzi epizodlarda daha yaxşı çıxış edə bilərdik. Rəqib oyuna yaxşı hazırlaşmışdı. Şəkidəki oyuna hazırlaşacağıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Sərhədçi” ilə oyundan sonra fikirləri:
“Qələbə qazandığımıza görə şadam. İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq”.
Baş məşqçimiz Rimas Kurtinaytisin “Naxçıvan” BK ilə oyundan sonra fikirləri:
“Görüşün nəticəsi turnir cədvəlinə təsir etməsə də, oyunçularımızdan maksimum köklənmə tələb etdim. Düzdür basketboldan zövq də almalısan, amma əsas oyun intizamıdır. Əsas məqsədimiz pley-off öncəsi oyunçularımızı zədədən qorumaq idi. Qələbə qazansaq da, müdafiə və ribaundda bəzi nöqsanları aradan qaldırmalıyıq”.
Rimas Kurtinaytisin NTD ilə oyundan sonra fikirləri:
“Qələbəyə və müntəzəm mövsümü lider olaraq başa vurduğumuza görə şadam. Amma məşqçi olaraq məni nəticədən əlavə həm də komandanın oyun keyfiyyəti maraqlandırır. Görüşün sonunda hesab arasındakı fərqdə 30, 20 və ya 2 xal öndə olsaq da, maksimum oynamalıyıq. Yaxşı temp yaxalamışıq. Amma yenə bir müddət fasilə olacaq. Fikir vermisizsə biz 3 məğlubiyyətimizi məhz fasilədən sonra...