“Oyunun əvvəlində Şəki səfərinin yorğunluğu hiss olunurdu. Bundan əlavə rəqibin də məşqçi və oyunçu heyəti görüşə çox yaxşı hazırlaşmışdı. Üstəlik rəqibin heyətində hündür oyunçuların çoxluğu bizə müəyyən problemlər yaratdı. Bu səbəbdən uzun oyunçumuz Klavs Çavars 35 dəqiqəyə yaxın parketdə oldu. Bunun baxmayaraq onun fiziki göstəriciləri bu müddət ərzində əla səviyyədə oyun sərgiləməyə kifayət etdi. Sonda xarakter nümayiş etdirsək də, final seriyasının növbəti oyunlarında daha da yaxşı oyun sərgiləməliyik”.