Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi sonluğu gətirə bilmədik. Oyunun sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. DeAndrenin yoxluğu hiss olunurdu. O bizim ən çox xal qazanan basketbolçumuzdur. Lakin bildirdi ki, ağrıları var.