Liqanın başlaması oyun ritmi baxımından avrokubok qarşılaşmalarına daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Bu gün heyətdə çoxlu rotasiyalar etdim. Yerli basketbolçulara daha çox şans verdim. Müsbət oyun elementləri ilə yanaşı səhvlərimiz də oldu. Lakin istədim bu gün oyunçulara avrokubok oyunu öncəsi bir qədər sərbəstlik verim. Ümumilikdə nəticədən və sərgilədiyimiz oyundan razı qaldım. DeAndreyə gəlincə özünü yaxşı hiss edir. Ümid edirəm “Norrköping Dolphins” ilə oyunda bizə kömək edə biləcək.