Çətin qarşılaşma olsa da, oyuna nəzarət bizdə idi. Razı və narazı qaldığım məqamlar oldu. Qələbə qazandığımıza görə şadam. Xal fərqi önəmli deyil. Top itkilərimizin çox olması məni narahat edir. 3 xallıq atışlar istədiyimiz kimi alınmasa da, səbət altında yaxşı idik. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq.